Ərdoğandan Əfqanıstanla bağlı açıqlama


Prezident Ərdoğan hazırda Türkiyədə 300 min əfqanıstanlı mühacir olduğunu açıqlayıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ alması və çox sayda əfqanın Türkiyəyə köçündən danışan Ərdoğan bunları söyləyib:
"20 ildən artıq bir müddətdə bütün dünya, qərb dünyası, xüsusən də İslam dünyası lazımi qayğı göstərmədi. İstər Rusiyanın Əfqanıstana müdaxiləsi, istərsə də ABŞ-ın müdaxiləsi olsun, bu ölkələrin heç biri yardım etmədi".
Ərdoğan çıxışı zamanı Türkiyəyə Əfqanıstandan çox sayda miqrantın gəlməsi xəbərlərinin doğru olmadığını bildirib: "Deyirlər, Əfqanıstandan Türkiyə 1,5 milyon miqrant gəlib. Tamamilə yalandır. Əfqanıstandan Türkiyəyə belə bir köç olmayıb. Hazırda Türkiyədə 300 min əfqan mühacir var. Tikdiyimiz bütün qoruyucu divarlar nizamsız köçün qarşısını almaq üçündür. Suriyadan Türkiyəyə ciddi  köç oldu. Təxminən 4 milyon. Bütün bunlar immiqrasiya siyasətimizin indi hara çatdığını ortaya qoyub".

DİGƏR XƏBƏRLƏR

Top