Meşə materialını "Mercedes"lə Bakıya gətirmək istədi


Qanunsuz meşə materiallarının “Mercedes-Benz” markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.  

Yeniavaz.com-a verilən məlumata görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı “Mercedes-Benz” markalı 99-SH-688 dövlət nömrə nişanlı avtomobildə meşə materialının daşındığına şübhələr yarandığından Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilib. 

Binəqədi rayonu ərazisində avtomobil saxlanılaraq yük yerinə baxış keçirilib. Baxış zamanı qanunsuz yolla əldə edilmiş 16  m3 həcmində işlik meşə materialı aşkar edilib. 

Hazırda faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top