Bu ilin ilk yarısında Azərbaycanda 122 milyon manatlıq təbii qaz itkiyə gedib


Bu ilin ilk yarısında Azərbaycanda 487,4 milyon kub metr əmtəəlik təbii qaz itkiyə gedib.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisdə itkiyə gedən təbii qazın həcmi 6% və ya 31,3 milyon kub metr azalıb. Belə ki, 2020-ci ilin ilk yarısında  518,7 milyon kub metr təbii qaz itkiyə gedib.
İtkiyə gedən əmtəəlik təbii qazın dəyərini daxili bazardakı qiymət ilə (limitdən - 2500 kub metrdən artıq olduqda 25 qəpik) hesablasaq, o zaman itkiyə gedən qazın dəyəri 122 milyon manata bərabər olacaq.
Məlumat üçün qeyd edək ki, SOCAR və "Azəriqaz"dan verilən açıqlamalarda ölkədə qaz itkisinin azaldılması istiqamətində tədbirlər həyata keçirildiyi dəfələrlə vurğulanıb. Amma açıqlanan sonuncu rəqəm göstərir ki, son 5 ildə qaz itkisində ciddi azalma qeydə alınmayıb.
Müqayisə üçün son 5 ilin yanvar-iyun aylarında qeydə alınan qaz itkilərinin həcmini təqdim edirik:
Hesabat dövrü Ümumi ehtiyatlar İtki
2017-ci il Yanvar-İyun 11 800 milyon kub metr 531,0 milyon kub metr
2018-ci il Yanvar-İyun 12 600 milyon kub metr 491,4 milyon kub metr
2019-cu il Yanvar-İyun 14 300 milyon kub metr 800,8 milyon kub metr
2020-ci il Yanvar-İyun 16 208 milyon kub metr 518,7 milyon kub metr
2021-ci il Yanvar-İyun 17 410 milyon kub metr 487,4 milyon kub metr

DİGƏR XƏBƏRLƏR

Top