Mingəçevirli şagird vətənpərvərlik mövzusunda video hazırlayıb


Şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məhz ibtidai sinifdən başlayır.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir şəhəri 18 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Xatirə Fərzəliyeva 4a sinifində şagirdlərə mütamadı olaraq xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliği, tarixi hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırılması, şəhidlərin hörmət və ehtiramla anılması üçün vətənpərvərlik mövzusunda  dərslər keçib. Şagirdlərinə bu mövzularda tapşırıqlar hazırlamalarını tapşırıb. 4a sinifnin şagirdi Abbaszadə Elnurə bu mövzunu hazırlamaq üçün demək olar ki, şəhidlər haqqında məlumatlar əldə edib, şəhidlər xiyabanına dəfələrlə gələrək şəhidlərin məzarını ziyarət edib və sonda öz bacarığı ilə video rolik hazırlayıb. Elnurə deyir ki, vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi biz şagirdlərin qəlbində əbədi yaşayacaq.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top