“Sentyabtın 15-də dərslərin başlamağı nəzərdə tutulub. Lakin epidemioloji vəziyyətdən asılı olaraq bu məsələyə yenidə baxıla bilər”
Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, təhsil işçiləri vaksin olunmalıdır: "Valideynlərin və uşaqların vaksin olunmasına dair tələb yoxdur. Amma təhsil sistemində işləyən işçilərdən ən az 80 faizi vaksin vurdurmalıdır".