Azərbaycanda şirkət 20 min manat cərimələndi


"Alov-Mühafizə" MMC mühafizə şirkəti tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Lənkəran rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb.

Lənkəran rayon prokurorluğundan Yeniavaz.com-a veirlən məlumata görə, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə “Alov-Mühafizə” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top