Erməni mətbuatı Paşinyanın bu yay istirahət edəcəyi şəhərin adını açıqladı


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Soçi şəhərində istirahət edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Zhoghovurd" qəzeti xəbər yayıb. Məlumata görə, Paşinyan  avqustun 26-da ailəsi ilə birlikdə Soçiyə gedəcək. Nəşrin iddiasına görə, Paşinyan Soçini seçməklə Rusiya hökumətilə münasibətinin yaxşılaşdığını göstərmək niyyətindədir. 
Qeyd edək ki, Paşinyanın partiyası Ermənistanda iyunun 26-da keçirilən növbədənkənar parlament seçkilərində təkbaşına qalib gəlmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top