Sentyabrın 1-dən yoxlamalar necə olacaq? - RƏSMİ CAVAB


"Sentyabrın 1-dən iri ticarət mərkəzləri və ictimai iaşə obyektlərinə giriş zamanı vətəndaşların COVID-19 pasportu yoxlanılacaq. Və ümumi tapşırığa əsasən bu prosesin operativ həyata keçirilməsi üçün ASAN xidmət tərəfindən xüsusi mobil tətbiq hazırlanıb. Bu sistemdən həmin obyektlərin əməkdaşları istifadə edə biləcək” 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri ASAN xidmətin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, mobil tətbiq vasitəsilə vətəndaşların COVID-19 pasportu yoxlanılacaq: “COVID-19 pasportu üzərində QR kod ilə və yaxud şəxsiyyət vəsiqəsi məlumatları əsasında yoxlanılacaq. Vətəndaşdan xüsusi prosedur tələb olunmur. Yalnız xahiş olunur, pasport üzərlərində olsun. Əgər yoxdursa, şəxsiyyət vəsiqəsi məlumatlarını deməklə də yoxlamaq mümkündür”.

DİGƏR XƏBƏRLƏR

Top