"Taliban" Hindistan konsulluqlarına basqın edib


"Taliban" silahlıları Hindistanın Əfqanıstanın Qəndəhar və Herat şəhərlərindəki konsulluqlarında axtarış aparıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə NDTV telekanalı xəbər yayıb. Məlumata görə, "Taliban” bu Qəndəhar və Heratdakı Hindistan konsulluqlarında axtarış aparıb, sənədləri ələ keçirib, diplomatik nümayəndəliklərin yaxınlığında park edilmiş avtomobilləri müsadirə edib.
Qeyd edək ki, Hindistanın Qəndəhar, Herat, Məzari-Şərif və Cəlalabad şəhərlərindəki konsulluqları işçilərinin vətənlərinə köçürülməsindən sonra bağlanıb. Ölkənin Kabildəki səfirliyi isə rəsmi olaraq fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top