Təyyarədən düşüb ölən əfqanlarla bağlı skandal addım – FOTO + VİDEO


Təyyarənin uçuş mezanizmlərində ölkəni tərk etməyə çalışarkən ölən əfqanlarla bağlı skandal addım atılıb.
Yeniavaz.com
xəbər verir ki, naməlum şəxslər həmin hadisənin görüntülərini köynəklərin üzərinə həkk edərək internet vasitəsilə satışa çıxarıblar. Sosial şəbəkə istifadəçiləri həmin köynəkləri hazırlayıb satışa çıxaran şəxsləri sərt tənqid edib. Qısa müddətdə yüzlərlə insan skandal hadisəyə qarşı çıxdıqlarını elan edib.
Xatırladaq ki, Əfqanıstanda “Taliban”dan qaçarkən təyyarənin uçuş mexanizmlərində ölkədən çıxmağa çalışan 2 qardaş və başqa bir şəxs yüksəklikdən yıxılaraq dünyasını dəyişmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top