İŞİD-in Əfqanıstanda hücumlar həyata keçirəcəyindən narahatıq – ABŞ


ABŞ hökuməti “Taliban”ın Əfqanıstanı ələ keçirməsindən sonra İŞİD-in orada hücumlar həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan NBC telekanalına açıqlamasında deyib:
“Hazırda təxliyyə prosesləri davam edir. Bu olduqca risklidir. Əfqanıstanda ən çox diqqət etdiyimiz mümkün fövqəladə vəziyyətlərdən biri, “Taliban” düşmənləri olan İŞİD-in Xorasandan terror hücumu təhlükəsinin olmasıdır. Riskləri azaltmaq və təyyarə sərnişinlərinin sayını artırmaq üçün mümkün olan hər şeyi edəcəyik”.
Xatırladaq ki, avqustun 15-də “Taliban” Kabili silahsız ələ keçirərək Əfqanıstanda hakimiyyətə gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top