Türkiyədə karantin rejimi ilə bağlı yeni qayda


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla mübarizəsi çərçivəsində bir sıra yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağını açıqlayıb.
Yeniavaz.com
AA-ya istinadla xəbər verir ki, yeni qaydalara əsasən kinoteatr və konsert salonlarına gedənlər həmçinin, peyvənd edilməmiş şagird, müəllim və vətəndaşlar üçün həftədə 2 dəfə PCR testləri keçiriləcək. Türkiyə prezidentinin sözlərinə görə, ölkədə hələ də bir çox insan peyvənd vurdurmağa tərəddüd edir. Ona görə, vaksinasiya ilə bağlı bütün proseslər könüllü olmalıdır. 
Qeyd edək ki, Türkiyədə bu günə qədər 82 milyondan çox insana koronavirus əleyhinə peyvənd vurulub.

DİGƏR XƏBƏRLƏR

Top