Daşkəsəndə 1 yaşlı körpə yanıq xəsarətləri alıb


Daşkəsən rayonunda 1 yaşlı körpə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Əmirvar kəndində qeydə alınıb. Gəncədən Daşkəsənə qonaq gələn ailənin 2020-ci il təvəllüdlü övladının (oğlan) üzərinə qaynar su tökülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top