Bacısını öldürən qardaş saxlanıldı - YENİLƏNİB

Avqustun 19-u saat 14 radələrində Bərdə rayonu, Uğurbəyli kənd sakini, 1994-cü il təvəllüdlü Nərminə Behbudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlyumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Fəqan Cabbarov yaşadıqları kəndin yaxınlığındakı əkin sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nərminə Behbudovanın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Fəqan Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

***08:00
Bərdədə qardaş bacısını qətlə yetirib.

Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini Cabbarov Fəqan Fəxrəddin oğlu bacısı Nərmin Cabbarovanın başını kəsərək öldürüb. F.Cabbarov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə yerinə baxış keçirilib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Esmira Hidayətova, Bərdə

DİGƏR XƏBƏRLƏR

Top