Bakıda müntəzəm marşrutun hərəkət sxemi dəyişdi - FOTO


Nizami İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Yeniavaz.com xəbər verir ki, bu haqda məlumat Bakı Nəqliyyat Agentliyinin feysbuk hesabında paylaşılıb. Dəyişikliyə əsasən marşrutun hərəkət sxemi müvəqqəti olaraq Yusif Eyvazov, Etibar Bəkirli, Cəlal Qurbanov, Zaur Şərifov, Sakit Qocayev küçələrindən keçməklə təşkil ediləcək.
Həmçinin məlumata görə, dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top