Özünü Kürə atan qız dəmir məhəccərlərə çırpılıb


Mingəçevir sakini özünü Kür çayına atıb.

Yeniavaz.com xəbər verir ki, hadisə Sahil parkı ərazisində baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnar Rüstəmova özünü nəqliyyat körpüsündən Kür çayına atıb. Qayıqçı Xəyal Ağayevin müdaxiləsi nəticəsində G. Rüstəmova xilas olunaraq sahilə çıxarılıb.
Qeyd edək ki, qız özünü çaya atan zaman dəmir məhəccərlərə çırpılaraq xəsarət alıb. Sudan çıxarılan qız həkim briqadasına təhvil verilib.
İntihar cəhdinin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma başlanıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top