Azərbaycan Əfqanıstandan nə alıb, nə satır? - SİYAHI


Son günlər dünya mətbuatının və sosial şəbəkələrin əsas müzakirə mövzusu Əfqanıstanda baş verən hakimiyyət dəyişikliyidir. Bəs, Əfqanıstanda baş verən hakimiyyət dəyişikliyi Azərbaycanla bu ölkə arasındakı ticarət əlaqələrinə necə təsir edəck?
Yeniavaz.com
xəbər verir ki, Əfqanıstan Azərbaycana yaxın regionda yerləşsə də, əsas ticarət tərəfdaşları arsında yer almır. Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatda göstərilir ki, 
Əfqanıstan Azərbaycanın ticarət tərafdaşları arasında son sıralarda yer alır. Bu ilin ilk 7 ayında  Azərbaycan Əfqanıstana cəmi 6 milyon 299,42 min dollarlıq məhsul ixrac edib, əvəzində Əfqanıstandan olduqca cüzi miqdarda - 31,64 min dollarlıq məhsul idxal edib. Ümumi ixracda Əfqanıstanın  payı 0,06% təşkil edib. Azərbaycanın Əfqanıstandan idxalı isə nəzərə çarpmayacaq qədər kiçikdir.
Bu ilin ilk 6 ayında Azərbaycanın Əfqanıstana ixrac etdiyi əsas məhsullardan bəziləri bunlar olub:
Yoqurt – 239,8 min dollar (115,37 ton)
Alma – 8,56 min ton (42,8 ton)
Vafli – 101,22 min dollar (66,96 ton)
Yanacaq – 5 milyon 336,4 min dollar (9 973,12 ton)
Buntan qazı – 166,69 min dollar (2 381,32 ton)
Bu ilin ilk 6 ayında Azərbaycan Əfqanıstandan yalnız  bir növ məhsul idxal edib. Belə ki, Əfqanıstandan Azərbaycana 31,64 min dollar dəyərində 13,76 ton alüminiumdan sanitar-texniki avadanlıqlar gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top