"Mehdi olduğumu qəbul etmədi, öldürdüm, rahatladım" – Türkiyədə dəhşətli qətl


Türkiyənin Zonquldak vilayətində Ərdoğan Kosapınar adlı şəxs mübahisə etdiyi 67 yaşlı Murat Curanı 9 güllə ilə qətlə yetirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, özünü Mehdi elan edən Ərdoğan Kosapınar məhkəmədə verdiyi ifadəsində Murat Curanı onun Mehdi olduğunu qəbul etmədiyinə görə öldürdüyünü bildirib: "Hadisə günü onun evinə getdim. Zəngi basdım, ancaq heç kim çıxmadı. Evdə olduğunu başa düşdüm. Buna görə də bayıra çıxacağı vaxtı gözlədim. Murat Cura şeytan olduğu üçün mənimlə döyüşməli idi. Döyüşün bitməsi üçün onu öldürməli idim. O aşağı düşəndə ​​silahı çıxarıb heç düşünmədən öldürmək niyyəti ilə atəş açdım. Özümü rahat hiss edirəm".
Aparılan araşdırmalar nəticəsində Ərdoğan Kosapınarın heç bir psixoloji probleminin olmadığı ortaya çıxıb. Ona ağırlaşdırılmış ömürlük həbs veriləcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top