Bu ölkədə uşaqları iflic edən virus aşkarlanıb


Qərbi Afrika ölkəsi olan Qambiyada uşaqları iflic edən “Poliovirus” aşkar edilib. 

Yeniavaz.com “AA”ya istinadla xəbər verir ki, bu barədə Qambiya səhiyyə naziri  Ahmadu Lamin Samateh məlumat verib. Nazir bildirib ki, Qambiya hökuməti virusun yayılmasının qarşısını almaq üçün peyvənd kampaniyası hazırlayır. Kampaniya çərçivəsində 5 yaşından kiçik bütün uşaqlara peyvənd vurulacaq. 

Qeyd edək ki, “Poliovirus” insanın sinir sisteminə hücum edərək iflicə yol açan xəstəlikdir. Sözügedən virusa daha çox 5 yaşından kiçik uşaqlar yoluxur. 

DİGƏR XƏBƏRLƏR

Top