Birləşmiş Millətlər Təşkilatı (BMT), 14 milyon insanın aclıqla üzləşdiyi ölkəni “Taliban”ın ələ keçirməsindən sonra Əfqanıstanda humanitar böhranın yaşandığını bildirdi.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Dünya Ərzaq Proqramının Əfqanıstan direktoru Meri Ellen, Kabildən olan jurnalistlərə brifinqində məlumat verib. O bildirib ki, quraqlıq səbəbilə əkin sahələrinin 40 faizindən çoxunun məhv edildiyini və mal-qaranın tələf olduğunu, “Taliban”ın irəliləməsi səbəbindən yüz minlərlə insanın köçkün düşdüyünü qeyd edib.