Türkiyə Əfqanıstanda hakimiyyətə gələn "Taliban"ı tanıyacaq? – Çavuşoğlu AÇIQLADI


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Taliban”ın tanınıb-tanınmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çavuşoğlu əvvəlcə “Taliban”ın necə hökumət quracağına baxacaqlarını bildirib: “Başqa ölkələrlə görüşlər keçiririk. Qərarlarımız və mövqeyimiz başqa dövlətlərlə uyğun olsun deyə işlər aparırıq. Bu məsələ ilə bağlı əvvəldən qərar vermək doğru olmaz”.
Xatırladaq ki, “Taliban” 15 avqustda Kabili ələ keçirərək Əfqanıstanda hakimiyyətə gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top