
Əfqanıstanı 15 avqustda ələ keçirən “Taliban” gözəllik salonlarında qadın fotoşəkillərini boya ilə örtüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra ölkədə yeni qanunlar tətbiq etməyə başlayıb. Yayılan fotolarda gözəllik salonu və digər obyektlərdə yerləşdirilən reklam xarakterli qadın fotolarının üzəri örtülür.
Bəhs edilən görüntüləri təqdim edirik:

