
Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Baydenin görüşü bir gün təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ukrayna-24” telekanalı məlumat yayıb. Bildirilib ki, Ukrayna dövlət başçısının səfər proqramının genişlənməsi ilə əlaqədar olaraq, Baydenlə görüş avqustun 30-dan 31-nə təxirə salınıb.
Qeyd edək ki, Bayden-Zelenski görüşü yalnız nümayəndə heyətləri ilə birgə deyil, həm də təkbətək formatda baş tutacaq.