Ermənistanda hərbi hissədə 19 yaşlı 3 hərbçinin cəsədi tapıldı


Ermənistanda yerləşən hərbi hissənin cənub-şərq istiqamətində yerləşən hərbi bazasında 3 hərbçinin cəsədi tapılıb. 
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi xəbər yayıb. Məlumata görə, avqustun 19-da, saat 02:15 radələrində, N saylı hərbi hissənin ərazisində yerləşən hərbi bazada 3 hərbçinin cəsədi tapılıb. Ölən əsgərlər 2002-ci il təvəllüdlü Murad Aşot Muradyan, 2002-ci il təvəllüdlü Levon Rafaeli Harutyunyan və 2002-ci il təvəllüdlü Gor Artaki Sahakyandır.
Hərbçilərin ölüm səbəbi barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top