169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO


Əfqanıstanın sabiq prezidenti Əşrəf Qani haqqında yayılan iddialara cavab verib.
Yeniavaz.com
xəbər verir ki, ailəsi ilə birgə Birləşmiş Ərəb Əmirliklərinə gedən Əşrəf Qani açıqlama verib. O, ölkədən milyonlarla dollar aparmadığını dilə gətirib:
“Mənim və dövlətin özəl hər şeyi təəssüf ki, digər qrupun əlinə keçdi. Haqqımda ölkəni sattığımı öz canı və malları üçün dövlətdən qaçdığımı söyləyənlərə inanmayın. Çünki çəkələyimi çıxarıb, ayaqqabımı geyinməyə belə vaxtım olmadı. Kompüterimi, kitablarımı və digər mənəvi əşyalarımı geridə qoymalı oldum. Vətənimi tərk etməyim beynəlxalq güclərlə heç vaxt müzakirə edilmədi, bu hadisə öz təhlükəsizlik güclərimin təzyiqi ilə oldu. Vətənimi yalnız bir paltar və çəkələyimlə ilə tərk etməli oldum".
Əşrəf Qani yayımladığı mesajda Əfqanıstana qayıtmaq üçün işlər görüldüyünü də bildirib:
Son olaraq ən önəmli mesajım ölkəmi tək buraxıb qaçmadığımdır. Hazırda Əfqanıstana geri qayıtmaq üçün danışıqlar aparıram. Əldə etdiklərimizi qorumaq üçün yenidən birlikdə mübarizə aparacağıq”.
Qeyd edək ki, “Taliban” paytaxt Kabili ələ keçirdikdən sonra prezident Əşrəf Qani ölkəni tərk etmişdi. Bəzi mənbələr onun 169 milyon dollarla ölkədən çıxdığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top