“Taliban”a qarşı qüvvə toplayan Əhməd Məsud növbəti çağırışını etdi: “Ayağa qalxın”


Əfqanıstanlı əfsanəvi komandir Əhməd şah Məsudun oğlu Əhməd Məsud Qərb ölkələrinə səslənib.
Yeniavaz.com
xəbər verir ki, Məsudun bu barədə “The Washington Post” qəzetində məktubu dərc olunub. “Taliban”ın nəzarətində olmayan yeganə əyalət Pəncşirdə qüvvə toplayan Əhməd Məsud Qərbə
"Amerika Birləşmiş Ştatları və müttəfiqləri döyüş sahəsini tərk etdilər. Amma ABŞ İkinci Dünya Müharibəsinə girməzdən əvvəl mühasirəyə düşmüş ingilislərin köməyinə gəldiyi kimi bu gün də eyni addımı ata bilər. Bu məqsədlə, Qərbdəki Əfqanıstan dostlarını Vaşinqtonda və Nyu -Yorkda, Konqres qarşısında, Bayden administrasiyasında, Londonda bizim üçün ayağa qalxmağa çağırıram. Nə olursa olsun, mücahid döyüşçülərim və mən Əfqanıstanda azadlığın son qalası olan Pəncşiri müdafiə edəcəyik. “Taliban” komandirləri hücuma keçsələr, güclü müqavimətlə üzləşəcəklər. Amma bilirik ki, qüvvələrimiz və təchizatımız Qərbdəki dostlarımız bizi təmin etmək üçün dərhal bir yol tapmasalar tez bitəcək”.
Qeyd edək ki, Əfqanıstanın vitse-prezidenti Amrulla Saleh də hakimiyyət təhvil verildikdən sonra Əhməd Məsudun dəstəsinə qoşulmuşdu.
 

DİGƏR XƏBƏRLƏR

Top