Bakıda itkin düşən 12 yaşlı Fidan tapılıb - YENİLƏNİB


12 yaşlı Fidan artıq tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə azyaşlının ailəsindən "Qafqazinfo"ya məlumat verilib. Bildirilib ki, o, hazırda müvafiq polis şöbəsindədir və yaxın saatlarda ailəsinə təhvil veriləcək.

***00:16
Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan 12 yaşlı Abbaszadə Fidan Elşən qızı itkin düşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Fidanın ailə üzvləri məlumat verib.
Məlumata görə, azyaşlı qız avqustun 16-da evdən çıxıb, bir daha geri qayıtmayıb. İtkin düşən qız sonuncu dəfə Nizami rayonu ərazisində ticarət obyektlərindən birinin təhlükəsizlik kamerasına tuş gəlib. Evdən çıxarkən onun əynində ağ şalvar, qırmızı kofta olub.
Onu görənlərdən 070-365-45-74 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top