
Dənizdə təxminən iki həftə susuz və yeməksiz qalan 47 miqrant ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının yaydığı məlumatda deyilir.
Qeyd edək ki, miqrantları daşıyan gəmi 3 avqustda Şimali Afrikanın Atlantik sahillərindən yola çıxmışdı. 2 gün davam edən səyahətdən sonra gəminin mühərrikində problem yaranmışdı. Yardım hadisə yerinə çatanda dənizin ortsında çarəsiz qalan 54 nəfərin nəfərdən 47-sinin dünyasını dəyişdiyi məlum olub.