
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin gələcək fəaliyyət planını açıqlayıb.
Yeniavaz.com “news.am”a istinadla xəbər verir ki, Paşinyan 2021-2026-cı illər ərzində Ermənistanda xarici kəşfiyyat, təhlükəsizlik və xarici siyasət, iqtisadiyyat və digər sahələrdə yeni xidmət orqanlarının qurulacağını deyib.
Qeyd edək ki, Paşinyan Ermənistanda keçirilən sonuncu parlament seçkilərində qalib gəlmişdi. O, hökuməti qurduqdan sonra ölkədə yeni qurumların təsis olunacağı ilə bağlı açıqlama vermişdi.