
“Taliban”ın keçirdiyi mətbuat konfransında yeganə qadın jurnalist Şarlotte Bellis “Taliban” sözçüsünə sual verən ilk şəxs olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Əfqanıstanda idarəni ələ alan "Taliban" ilk mətbuat konfransını keçirib. "Əl-Cəzirə"də çalışan Yeni Zelandiyalı jurnalist Şarlotte Bellis orada
“Taliban” sözçüsünə sual verən ilk müxbir olub. O, qadın və qızların hüquqları, qadınların işləməsinə icazə veriləcəyi və qızların məktəbə gedib-getməyəcəyi barədə danışmaq istəyini bildirib:
“Qadınlara və qızlara nə təminat verə bilərsiniz? Hüquqları qorunacaqmı? "
“Taliban”sözçüsü Mücahid suala cavab verərək, İslam Əmirliyinin şəriət qanunlarına riayət etdikləri müddətcə qadınların hüquqlarının qorunacağını deyib.
Aytac Xəlilova