Nazirlik sabiq nazirin şirkətini məhkəməyə verdi – Bacısı oğlu rəhbərlik edir…


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi 2010-cu ildə dövlət qeydiyyatına alınan və son illərə kimi Azərbaycanın ən böyük holdinqlərindən biri olan “Synergy Group” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. 
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, məhkəmə iclası bu gün - 18.08.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçiriləcək. 
Nazirliyin “Synergy Group”a qarşı hansı səbəbdən məhkəmə iddiası qaldırdığı açıqlanmayıb. Amma qeyd edək ki, Vergilər Xidmətinin reyester məlumatlarında “Synergy Group” MMC -nin dövlət büdcəsinə 48 min 34 manat 99 qəpik vergi borcunun olduğu göstərilir.
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Səbail rayonu, Zərifə Əliyeva, ev 55 –də yerləşən “Synergy Group” MMC 25.01.2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 milyon manat olan MMC-nin qnuni təmsilçisi əvvəllər Axundov Rauf Arif oğlu olub. Bu ilin əvvəlindən etibarən “Synergy Group” MMC –yə Elnur Xaləddin oğlu İsgəndərov rəhbərlik edir. 
Qeyd edək ki, sabiq Vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Xaləddin İsgəndərov Binəqədi rayonunun sabiq İcra başçısı olub. 
Onu da bildirək ki, “Synergy Group”un adı uzun illər mətbuatda sabiq Vergilər naziri Fazil Məmmədovla birgə hallanıb. “Synergy Group” və bu qrupa daxil olan şirkətlərin rəhbərliyində təmsil olunan şəxslər Fazil Məmmədovun yaxın çevrəsində olan şəxslər olub və hazırda bu şirkətə sabiq nazirin bacısı oğlu rəhbərlik edir. 
Məlumat üçün bildirək ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-
Maraqlıdır ki, 50 milyon manat nizamnamə kapitalı olan və istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi kimi onlarla sahədə geniş fəaliyyəti olan “Synergy Group” Fazil Məmmədov nazir vəzifəsindən uzaqlaşdıqdan qısa müddət sonra fəaliyyətsiz olub. “Synergy Group”un rəsmi veb-səhifəsinə (www.synergygroup.az) daxil olub bunu asanlıqla görmək mümkündür. 2018-ci ilin avqust ayından sonra şirkətin rəsmi veb-səhifəsinə heç bir məlumat daxil edilməyib.
Onu da bildirək ki, “Synergy Group”a aşağıdaki şirkətlər də daxil olub:
- "Synergy Construction” MMC – inşaat, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
- "Renaissance Construction Azәrbaycan” MMC – inşaat, birgә müәssisә, iştirak payı 50%;
- "Azagro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
- "B.N.M.” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
- "Caspian Coast Winery and Vineyards” MMC – şәrabçılıq, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
- "Tradehouse Caspian Coast Winery and Vineyards” MMC – şәrab mәhsullarının satışı vә paylanması, törәmә müәssisә, iştirak payı 100%;
- "Khazar-Turizm” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
- "Caspian Agro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
- "Azagroexport” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
- "Exclusive Dining” MMC – restoran, törәmә müәssisә, iştirak payı 100%;
- "Shamkir City Hotels and SPA” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
- "Azәrbaycan Universiteti” – tәhsil, törәmә müәssisә, iştirak payı 90%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
- "Unicamp” MMC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;
- "Ecolime” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
- "Synergy Foundation” – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
- "Synergy Development” MMC – daşınmaz әmlakın idarә olunması, törәmә müәssisә, iştirak payı 100%;
- "Synergy Sport” MMC – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
- "Synergy Technics” MMC – investisiya şirkәti, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
- "Zәyәmkәndmaş” ASC – metal konstruksiyaların istehsalı, törәmә müәssisә, iştirak payı 51%;
- "Azerbaijan Global Investments” ASC – investisiya şirkәti, asılı müәssisә, iştirak payı 32%;
- "Azerbaijan Fibro Cement” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
- “Synergy Jet” MMC, – jet әmәliyyat şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
- "Synergy Trading” MMC, ticarәt şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
- "Caspian Development Bank” ASC, törәmә müәssisә, iştirak payı 99.91%;

DİGƏR XƏBƏRLƏR

Top