
Əfqanıstanın Tacikistandakı səfirliyi İnterpoldan keçmiş dövlət başçısı Əşrəf Qaninin dövlət vəsaitlərini mənimsəməsinə görə saxlanılmasını istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb. Səfirlik eyni zamanda keçmiş milli təhlükəsizlik müşaviri Həmdullah Mohib və prezident administrasiyasının keçmiş rəhbəri Fəzl Mahmud Fəzlinin də oxşar ittihamlarla həbs edilməsini tələb edir.
Xatırladaq ki, avqustun 16 -da Rusiyanın Kabildəki səfirliyi Qaninin Əfqanıstanı pulla dolu vertolyotla tərk etdiyi barədə məlumat yaymışdı.