
“Taliban”ın qurucularından biri “Qəssab Baradar” ləqəbli Molla Abdüqani Baradar 20 il sonra Qətərdən Əfqanıstana qayıdıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 53 yaşlı “Qəssab Baradar” “Taliban”ın qurucularından biridir. Qruplaşmanın əsas liderlərindən olan Molla Ömərin ölmədən əvvəl ən çox bel bağladığı şəxs olub. 3 il Pakistanda həbs olunub. Daha sonra ABŞ-ın istəyi ilə azadlığa buraxıldıqdan sonra Qətərə gedərək orada yaşamağa başlamışdı. Dünən Əfqanıstana qayıdan Molla Abdüqani “Taliban” üzvləri tərəfindən sevinclə qarşılanıb. Bəzi məlumatlara görə, “Qəssab Baradar” “Taliban” lideri olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz