20 yaşlı “Audi” sürücüsü qəza törətdi, 2 nəfər öldü - VİDEO


Ötən gün paytaxtın Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə DYP-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Elşən Elbrus oğlu Məmmədovun sağ zolaqda yüksək sürətlə idarə etdiyi “Audi” markalı, 90-VS-907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla eyni istiqamətdə hərəkət edən “VAZ 21015” markalı, 55-BU-172 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.
Güclü zərbə nəticəsində xəsarət alan “VAZ” markalı avtomobilin sürücüsü Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Baba Nusrəddin oğlu Kaxidze və avtomobildə olan sərnişin xəstəxanaya yerləşdirilsələr də onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin qeydə alındığı videogörüntülərdə səki ilə hərəkət edən piyadaların da ən son anda qəzadan xilas olduqları əks olunub.
Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top