
Təyyarənin qanadından düşərək ölən əfqanların yeni görüntüləri ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bir neçə gün qabaq təyyarənin qanadında uçmağa çalışarkən yüksəklikdən düşərək ölən əfqanlar barədə ABŞ açıqlama yayıb. Bildirilib ki, təyyarənin eniş mexanizmində cəsəd qalıqları tapılıb. Beləcə, əfqanların təyyarədən düşərək ölməsi faktı təsdiqlənib. Digər tərəfdən təyyarə qanadında uçan başqa bir şəxs ölən əfqanın görüntülərini telefonla qeyd edib. Həmin görüntüləri təqdim edirik: