Peyvənd vurdurmayan tələbələr universitetlərə buraxılmayacaq - RƏSMİ MƏLUMAT


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ali təhsil müəssisələrinə vaksinasiya ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Yeniavaz.com-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Qeyd olunub ki, bununla bağlı universitetlərə bildiriş göndərilib:
Bildirişdə deyilir:
“Hörmətli vergi ödəyicisi!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 26 iyul 2021-ci il tarixli, 229 nömrəli Qərarına asasən
- 2021-ci ilin 1 sentyabr tarixindən etibarən əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq işçilərinizin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarxindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması;
- 2021-ci ilin 1 sentyabr tarixindən etibarən müəssisənizdə təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportuna malik olması tələbləri müəyyən edilmişdir. 
Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

DİGƏR XƏBƏRLƏR

Top