İsmayıllıda ictimai yerdə koronavirus xəstəsi saxlanılıb - FOTO


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı avqustun 17-də aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, rayon sakini Ağasəf Cavadzadənin COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs özünütəcrid qaydalarını kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu ərazidə aşkarlanan A.Cavadzadə tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Onun barəsində İsmayıllı RPŞ-də araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top