Hulusi Akar: “Türkiyə bundan sonra da Azərbaycana Ermənistanla mübarizədə dəstək verəcək”


Türkiyə xalqı bundan sonra da haqlı mübarizəsində Azərbaycan xalqının yanında olacaq.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə iki ölkənin müdafiə nazirlərinin görüşü olub. Görüşdə ikitərəfli və regional, müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Ermənistanın Azərbaycanla sərhəddəki təxribatlarının da müzakirə olunduğu görüşdə Hulusi Akar vurğulayıb ki, Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarına haqq işində də dəstək verəcək”, - deyə xəbərdə qeyd edilir./report

DİGƏR XƏBƏRLƏR

Top