I, II və III qrup kimi əlillik göstəricisi ləğv edilir - Qanun təsdiqləndi


Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, qanuna dəyişikliklərə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

Qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasını itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Qeyd edək ki, əvvəlki anlayışla müqayisədə orqanizmin funksiyasının 31-60 faiz itirilməsi III qrup, 61-80 faiz itirilməsi II qrup, 81-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top