Özünü Əfqanıstanın müvəqqəti prezidenti elan etdi

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh əyalətin Konstitusiyasına əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı elan edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə siyasətçi tvitter səhifəsində məlumat verib.

Ə.Saleh respublika qanunlarına görə, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci vitse-prezidentin müvəqqəti olaraq ölkəyə rəhbərlik edəcəyini deyib. Onun sözlərinə görə, hazırda ölkə daxilindədir və dəstək almaq üçün dünya liderləri ilə əlaqə qurur.

Siyasətçi həmçinin Əfqanıstan xalqını radikal "Taliban" silahlılarına qarşı müqavimətə qoşulmağa çağırıb. O qeyd edib ki, respublika əhalisi Əfqanıstanın Vyetnam, "Taliban" silahlılarının isə vyetnamlı partizanlar olmadığını sübut etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top