1970-ci ildə ABŞ-da təhsil alan 3 əfqan gənc...


Sosial şəbəkələrdə Əfqanıstan prezidenti Əşrəf Qani və daha iki nəfərin 1970-ci ildə çəkilmiş fotoları müzakirə mövzusu olub.
Yeniavaz.com
xəbər verir ki, digər iki şəxs - Talibanın sülh danışıqları üzrə elçisi Şer Məhəmməd Abbas və ABŞ-ın sabiq Əfqanıstan səfiri və Əfqanıstan xüsusi təmsilçisi Zalmay Xəlilzaddır.
Hər 3 əfqan gənc 70-ci illərdə ABŞ-da təqaüdlə təhsil alıblar.​​
Xatırladaq ki, avqustun 15-də "Taliban" Kabilə daxil olduğunu və Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirdiyini bəyan edib. Prezident Əşrəf Qani dərhal ölkəni tərk edib. İddialara görə, prezident ölkədən qaçarkən özü ilə birlikdə böyük məbləğdə pul aparıb. Həmçinin Ə.Qaninin ABŞ-a qaçdığı da iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top