Fransada meşə yanğınları səbəbilə minlərlə insan təxliyə edildi


Fransanın Var bölgəsindəki şiddətli meşə yanğını səbəbindən bir neçə min insan evlərindən təxliyə edilib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, yanğın A75 avtomobil yolu yaxınlığında müəyyən edilib. Yanğının sürətlə yayılması səbəbindən yanğınsöndürənlər hazırda çox sayda turistin istirahət etdiyi Saint-Tropez bölgəsi də daxil olmaqla, düşərgə və evlərdən bir neçə min insanı təxliyə ediblər. Evakuasiya olunanların hamısı müvəqqəti yaşayış mərkəzlərinə aparılıb.
Hazırda yanğını söndürməyə 9 təyyarə və 3 helikopter cəlb edilib. Hadisə yerində 750-dən çox yanğınsöndürən var.

DİGƏR XƏBƏRLƏR

Top