Xankəndidə yaşayan ermənilərin əksəriyyəti evlərini satıb, şəhəri tərk edirlər, çoxları isə Ermənistana geri dönür. Səbəb kimi isə Rusiya sülhməramlılarının Qarabağı gec-tez tərk edəcəkləri göstərilir.
Yeniavaz.com xəbər verir ki, Baku TV-nin əməkdaşı Sevak adlı erməni ilə əlaqə saxlayaraq məlumatların həqiqət olub-olmadığını dəqiqləşdirməyə çalışıb.
Sevak Xankəndidə Alek Manukyan küçəsində üçotaqlı mənzilini satışa çıxarıb. Qiymət isə 60 min dollardır. Elanda bildirilir ki, mənzil əşyaları ilə birlikdə satılır.
Elanlara yerləşdirilən təmirli mənzillər şəhərin mərkəzində yerləşsə də, qiymətdə kifayət qədər endirim olunsa da, onlara alıcı tapılmır. Məsələn, elə əlaqə saxladığımız Sevak artıq bir neçə aydır ki, mənzilini satışa çıxarıb, lakin alan yoxdur.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: