İcra başçısı yüksək bal toplayan gəncləri təbrik etdi – FOTO


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu gün Mingəçevir şəhərindən DİM imtahanlarından yüksək bal toplayan məzunlar, gələcək tələbələrlə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, əvvəlcə icra başçısı İlham İsmayılov çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb. İ.İsmayılov ölkəmizin indiki şəraitdə yüksək səviyyəli kadrlara böyük ehtiyacı olduğunu bildirib. Xüsusəndə azad olunmuş torpaqlarımızda yeni yaradılan müəssisələrə xüsusi təhsili olan kadrlara böyük ehtiyac olduğunu qeyd edib. Mingəçevir gənclərinin daim vətənpərvərlik ruhunda böyümələrində təhsil işçilərinin xüsusi rolunu vurğulayıb. Eyni zamanda icra başçısı məzunların problem və çətinlikləri ilə də maraqlanıb.
Görüşdə Mingəçevir şəhər Təhsil Şöbəsinin müdir əvəzi Zamik Cəbiyev, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, məktəb direktorları çıxış edərək gənclərə uğurlar arzulayıblar. Tədbirə 650 baldan yuxarı nəticə əldə edən Texniki Humanitar lisey, Təbiət-Riyaziyyat Humanitar Elmlər təmayüllü lisey, 1, 7, 8, 9, 10, 12, 17 və 18 saylı məktəblərin məzunları dəvət olunmuşdur. 

Çıxış edən məzunlar ölkə başçısına və şəhər rəhbərliyinə, müəllimlərinə diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Sonda məzunlara qiymətli hədiyyələr təqdim olundu. Xatirə şəkili çəkildi.
Qeyd edək ki, 14-15 iyul tarixlərində III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarının (XI siniflər üzrə) nəticələrinə əsasən Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Zeynallı Ülviyyə Üzeyir qızı  679,3 bal toplamışdır. Ülviyyə Mingəçevir şəhəri üzrə ən yüksək bal toplayan, tam orta təhsili xüsusi nailyyətlərlə başa vurub - Azərbaycan dili fənni üzrə Fənn Olimpiadası-Qızıl medal mükafatçısıdır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top