Azərbaycan İsrailə kömək göstərməyə hazır olduğunu bildirib – RƏSMİ


"Azərbaycan İsraildə davam edən meşə yanğınları ilə bağlı öz köməyini göstərməyə hazırdır".

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi öz rəsmi tvitter hesabında yazıb.

“İsraildəki dağıdıcı meşə yanğınlarını yaxından və narahatlıqla izləyirik. Azərbaycan lazım gəldiyi təqdirdə təcili yardım göstərməyə və yanğını söndürmə səylərində ölkəyə kömək etməyə hazırdır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrail Qərbi Qüdsdəki meşə yanğınlarını söndürmək üçün dünya ölkələrindən kömək istəyib. Avqustun 15-indən başlayan meşə yanğınlarında 16 min hektardan çox meşə sahəsinin yandığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top