Şəhid Xudayarın medalları ailəsinə təqdim olundu - FOTOLAR


14-16 avqust tarixlərində Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər vəzifəli şəxsləri tərəfindən şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsinin qazilərinə baş çəkilib.
DSX-dən Yeniavaz.com-a verilən məlumata görə, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda qazilərimizin və şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinmə­yəcəyi vurğulanıb.
Ziyarətlər zamanı Dövlət Sərhəd Xidmətinin 47 nəfər şəhid hərbi qulluqçusunun Azərbaycan Respublikası Prezidentinin Sərən­cam­ları ilə ölümlərindən sonra təltif edildikləri orden və medallar ailə üzvlərinə təqdim olunub, həmçinin qazilərimizin dövlət təltifləri onlara verilib.
Qeyd edək ki, medal təqdim edilən şəhid ailələri arasında Vətən müharibəsinin şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin ailəsi də var. Gizir Yusifzadənin medalları anası Radə Yusifzadəyə təqdim edilib.
Şəhidlərin ailə üzvləri və qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildiriblər.




DİGƏR XƏBƏRLƏR

Top