Prokurorluq polisin vəkili döyməsi barədə məlumatları araşdırır


Bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, qeyd olunan faktla bağlı hazırda Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Şirvan şəhər prokurorluğu məlumat yayıb.
Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top