Bu görüntülərlə bağlı Pentaqondan AÇIQLAMA - VİDEO


 ABŞ-ın Müdafiə Nazirliyi Kabul hava limanından havaya qalxan ABŞ C-17 hərbi təyyarəsindən nə düşdüyünə dair heç bir məlumatın olmadığını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi mətbuat konfransında deyib:
"Təyyarənin qanadından bir şeyin düşdüyünü göstərən video görüntülərə gəldikdə, nə olduğu haqqında yeni bir şey deyə bilmərəm. Gördüyünüz kimi videodan bir şey anlamaq olduqca çətindir. Hazırda bu barədə araşdırma aparılır”.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə, Əfqanıstanın paytaxtı Kabildən havaya qalxan C-17 təyyarəsinin eniş mexanizmindən tutaraq uçmağa cəhd göstərən 2 nəfərin faciəvi şəkildə dünyasını dəyişdiyi iddia edildən video yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top