
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin keçmiş dövlət məmurları barədə qərarını açıqlayıb.
Yeniavaz.com AFP-yə istinadla xəbər verir ki, “Taliban” Əfqanıstanın dövlət məmurları barədə ümumi əfv elan edib.
Xatırladaq ki, “Taliban” silahlıları 15 avqustda Kabula döyüşsüz daxil oldu. Əfqanıstan prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün istefa verdiyini və ölkəni tərk etdiyini söylədi. “Taliban” isə intiqam almaq niyətlərinin olmadığını açıqladı.