Haitidə zəlzələdə ölənlərin sayı 1400-ü keçdi


Haitidə baş verən zəlzələ səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Haitidə zəlzələdə ölənlərin sayı 1419-a çatıb. Təxminən 7 min nəfər isə yaralanıb. Bu barədə Haiti hökuməti məlumat yayıb. Verilən məlumatlara görə, bölgədəki 37 mindən çox bina tamamilə və ya qismən dağılıb
Hazırda xilasetmə işləri davam edir.
Xatırladaq ki, avqustun 14-də Haitidə 7,2 bal gücündə zəlzələ baş vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top